05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin Konstitusiyanı dəyişir

15.01.2020

Rusiyanın yeni Konstitusiyaya ehtiyacı yoxdur, hazırkı Konstitusiyanın potensialı hələ tükənməyib.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin deyib. O, Konstitusiyada bəzi düzəlişlərin ictimai müzakirəyə çıxarılması gərəkdiyini bildirib.
Putin həmçinin prezidentliyə namizədlərə qarşı tələblərin sərtləşdirilməsini təklif edib. O, namizədlərin ölkədə minimum 25 il yaşaması gərəkdiyini və heç vaxt başqa ölkə vətəndaşı olmamasını istəyib.
O, Rusiya Dumasına baş nazirin namizədliyinin təsdiqinin verilməsini də vacib sayıb.
Rusiya lideri ölkənin güclü prezident respublikası olaraq qalması gərəkdiyini də deyib.
Putin ordunun idarəçiliyinin prezidentdə qalmasını da təklif edib. Bununla bərabər, Putin güc strukturlarının rəhbərlərinin prezident tərəfindən Federasiya Şurası ilə razılaşdırıldıqdan sonra təyin edilməsini məqbul sayıb. O, Konstitusiya düzəlişləri üçün ümumxalq səsverməsi keçirilməsini təklif etdiyini bildirib.