05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

WhatsApp-da yazdığı mesaja görə edam edildi - FOTO

15.01.2020

Ötən il Səudiyyə Ərəbistanında 184 nəfər edam edilib.
Xəbər verildiyi kimi, edam edilən məhkumlardan 3-ü həbs edilərkən yaşı 18-dən az olu
Edam edilənlərdən biri Əbdülkəraim əh-Havajdır. O, 16 yaşındaykən WhatsApp sosial şəbəkəsi vasitəsi ilə hökümət əleyhinə mesajlar yazdığına görə saxlanılıb. Əbdülkərim 5 il sonra, 2019-cu ildə edam olunub. İddialara görə, o, səhvini etiraf edənə qədər bədəninə elektrik verilib və başqa işgəncələrə məruz qalıb.
Əbdülkərim və başqa 36 nəfər eyni gündə, aprel ayında edam olunub. Hətta məhkumlardan biri digərlərinə dərs olsun deyə çarmıxa çəkilib.
Yeniyetmə ikən saxlanılıb, ötən il edam olunanlardan biri də 17 yaşında həbs edilən Mujtaba əs-Sveykatdır. O, qəbul olduğu Miçiqan Universitetinə gedərkən tutulub.
Məhkəmə sənədlərinə görə, o, hüquq-mühafizə orqanlarının üzərinə molotov kokteyli atıb və sosial şəbəkələrdə hökümət əleyhinə çıxışlar edib.
17 yaşında saxlanılıb ötən il edam edilənlər arasında Salman Qureyişin adı var. O, azyaşlıya qarşı cinayət törətməkdə ittiham olunaraq ölüm hökmü ilə cəzalandırılıb.