05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkmənistan Əfqanıstana dəstək verəcək

15.01.2020

Türkmənistan Əfqanıstanın qonşusu olaraq ölkədə dinc şəraitin qurulması üçün bütün lazımi dəstəyi verməyə hazırdır.
Bu fikri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda keçirilən beynəlxalq konfransda söyləyib.
Ölkə başçısı bildirib ki, uzun illərdir Türkmənistan Əfqanıstanda tibb və təhsil müəssisələri inşa edir, elektrik enerjisini güzəştli şərtlərlə tədarük edir və bu ölkəyə iqtisadi və humanitar yardımlar göstərir. Həmçinin əfqan tələbələr Türkmənistanın təhsil müəssisələrində oxuyur.
Qurbanqulu Berdiməhəmmədov bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib.