28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nəcməddin Sadıqov NATO iclasında

14.01.2020

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında iştirak edib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında baş tutan iclasda təlim, dəstək və məsləhət üzrə NATO-nun başçılığı altında aparılan "Qətiyyətli Dəstək” missiyasının cari vəziyyətinə dair müzakirələr aparılıb və missiyanın gələcək inkişafı üzrə müvafiq qərarlar qəbul edilib.