28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şok: həkimlər xəstənin qarnında qayçını unutdular - VİDEO+FOTO

14.01.2020

Gəncədə həkimlər xəstə, 67 yaşlı Laləzar Orucovanı əməliyyat edərkən bədənində qayçı qoyublar.
Xəbər verildiyi kimi, Laləzar Məmmədova yay aylarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilib. Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib.
Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib. Məlum olub ki, qadının bədənində yad cisim, əməliyyat qayçısı var.
Laləzar Orucova bildirir ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar.
"Tələsik məni əməliyyata saldılar, yaxınlarımdan heç kim yanımda yox idi. Yaxınlarım həkimdən mənim niyə əməliyyat edildiyimi soruşduqda, tamam başqa söz deyilib. Oğlumun təkidi ilə özəl xəstəxanadan mənim müayinədən keçdiyim rentgen kağızını əldə etdik və bədənimdə qayçını gördük. İndi vəziyyətim getdikcə pisləşir, mənimlə kimsə maraqlanmır”.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elşad Əsgərov məsələyə münasibət bildirib.
O qeyd edib ki, hadisədən xəbərdardır: "Bizdə məsələ ilə bağlı məlumat var. Əməliyyatda iştirak edən həkimlər cəzalandırılıb, onlara töhmət verilib və xəbərdarlıq olunub. Bundan əlavə, xəstənin vəziyyəti mütəmadi nəzarətimizdədir, müalicəsi davam etdirilir”.