Saakaşvili:  Buna görə özümü lənətləyirəm 
    
                          
     
                         13.01.2020
 
    
                        AB-nin 2017-ci ildə Gürcüstana vizasız rejim təqdim etməsinə görə təəssüf edirəm.
Bunu "Mtavari Arxi” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. Saakaşvili 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsindən dərhal sonra məhz özünün İsveç və Polşanın keçmiş xarici işlər nazirləri ilə Şərq Tərəfdaşlığı proqramını düşündüyünü bildirib:
"Vizasız rejimi və Avropa ilə assosiasiyanı məhz biz düşünmüşük. Bu gün mən özümü bunu etdiyimə görə lənətləyirəm. Belə ki, vətəndaşlarımız Avropaya işləməyə gedirlər”.
O, bir neçə ay sonra Gürcüstana dönüb, ölkə daxilindəki situasiyanı düzəldəcəyini deyib.