02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misir Liviya üçün danışıqlar aparır

13.01.2020

Misir Liviyada sabitlik yaradılası istiqamətində Avropa liderləri ilə danışıqlar aparır.

MENA informasiya agentliyi xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi Avropa Şurasının prezidenti Şarl Mişel ilə keçirdiyi görüşdə Liviyada silahlı münaqişənin danışıqlar yolu ilə həlli məsələlərini müzakirə edib. Qeyd olunub ki, bu ölkədə dövlət institutlarının qorunub saxlanılması, suverenliyin və ərazi bütövlüyünün təmin edilməsi həm də regionda sabitlik baxımından mühüm əhəmiyyətə malikdir.
Ş.Mişel qeyd edib ki, Avropa İttifaqı qanunsuz miqrasiyanın qarşısının alınması, terrorizmə və ekstremizm ideologiyasına qarşı mübarizədə Qahirənin səylərini yüksək qiymətləndirir.
Görüşdə Misirin Afrika İttifaqının sədri kimi bu qitədə sabitliyin və inkişafın təmin edilməsində rolu ətrafında da geniş müzakirə aparılıb. Qeyd olunub ki, Avropa İttifaqı ilə Misir iqtisadi və sosial vəziyyətin ağır olduğu Afrika ölkələrində birgə layihələr həyata keçirəcəklər.
Qeyd edək ki, Əbdülfəttah əs-Sisi bu günlərdə Almaniyanın federal Kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putinlə də Liviyadakı vəziyyətə dair müzakirələr aparıb.