02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pentaqon rəhbəri Trampın bəhanəsini təkzib etdi

13.01.2020

Pentaqon rəhbəri Donald Trampın Qasım Süleymaninin ABŞ səfirliklərinə hücum etməyə hazırlaşdığı barədə iddiasını təkzib edib.
"CBS News” kanalına müsahibə verən Mark Esper Qasım Süleymaninin ABŞ-ın dörd səfirliyinə hücum planı barədə onların kəşfiyyat məlumatlarına sahib olmadıqlarını söyləyib.
"Prezident konkret sübutlar gətirmədi. O, sadəcə, buna inandığını deyib. Mən dörd səfirliyə hücumla əlaqədar sübutları görməmişəm”, Mark Esper bildirib.
Lakin M.Esper öz müsahibəsində hücum ehtimalını tam olaraq inkar da etməyib. O, Qasım Süleymaninin son 20 ildə və 2019-cu il 31 yanvarda ABŞ-ın İraqda yerləşən səfirliyinə təşkil edilən hücumda rolunun olmasını istisna etməyib.