29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qiymətlər qaldırıldı - Qonşuda

13.01.2020

Rusiyanın "Meqafon” mobil operatoru bu gündən, yəni yanvarın 13-dən, "Vımpelkom” ("Bilayn”) yanvarın 16-dan tariflərini artıracaq.
Bununla bağlı hər iki operator ötən ilin dekabrından müştərilərini xəbərdar edib.
"Meqafon” istehlakçı xidmətlərinin artımını nəzərə alaraq belə bir addım atdığını bildirib. Qeyd olunub ki, yeniliklər çox az sayda müştəriyə təsir göstərəcək.
"Vımpelkom”dan isə bildirilib ki, qanunun tələblərinin yerinə yetirilməsi və infrastrukturun intensiv inkişafı xərcləri səbəbindən bu addımı atmaq məcburiyyətində qalıblar.
Ekspertlərin proqnozlarına görə, 2020-ci ildə Rusiyada mobil rabitə xidmətində 17-18 faiz bahalaşma gözlənilir.
Qeyd edək ki, Rusiyada 2018-ci ilin oktyabrın 1-də antiterror qanun paketi qəbul edilib. Qanuna əsasən, mobil operatorlar və internet şirkətləri istifadəçilərin danışıq və yazışmalarının saxlanmasını təmin etmək məqsədilə yeni avadanlıqlar almalıdır. Bu cür avadanlıqların alınması da xeyli xərc tələb edir. Mobil operatorlar bu xərclərin 40-50 milyard rubl arasında olduğunu bildirirlər.