29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi İbrahim Qalınla görüşüb

11.01.2020

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceymc Cefri İstanbulda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalınla görüşüb. 
Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin verdiyi xəbərə görə, heyətlərarası görüşdə Suriya mövzusu başda olmaqla bölgədəki vəziyyət müzakirə edilib. 
Görüşdə ötən ilin oktyabrın 17-də tərəflər arasında qəbul edilən razılaşma əsasında təhlükəsiz bölgənin yaradılması, suriyalıların könüllü qayıdışının təmin olunması, İdlibdəki münaqişələrin artması ilə əlaqədar köç dalğasının intensivləşməsi ilə bağlı diplomatik əlaqələrin güclənməsi, Suriyada ədalətli və demokratik seçkinin keçirilməsi mövzusunda beynəlxalq təşkilatların dəstək verməsi bir daha müzakirə olunub. 
Görüşdə bölgədə artan gərginlik və radikallaşmadan Türkiyənin narahatlığı ifadə olunub.
Mətbuata qapalı olan 1 saat 25 dəqiqəlik görüşdə həmçinin İran və ABŞ arasında yaşanan böhran da müzakirə edilib.