29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN əməkdaşları Türkiyədə təlimlərə cəlb edildi

11.01.2020

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçməyə hazırlanması üzrə tədbirlər Türkiyə Respublikasının mentorluğu ilə davam etdirilməkdədir.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, bu sahədə əməkdaşlıq çərçivəsində, Türkiyə Respublikası Fəlakət və Fövqəladə Hallar Departamentinin dəvəti ilə, Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin 13-17 yanvar 2020-ci il tarixlərində Ankara şəhərində keçiriləcək təlimdə iştirakı planlaşdırılır. Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi təlimin əsas məqsədlərindəndir.
Qeyd edək ki, Beynəlxalq Axtarış-xilasetmə dəstəsi beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan Respublikasını təmsil etmək məqsədi ilə 2016-cı ildə yaradılıb. Dəstənin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçməyə hazırlanması məqsədi ilə müvafiq təlim və kurslar keçirilib, həmçinin, şəxsi heyətin bununla bağlı beynəlxalq tədbirlərdə iştirakı təmin edilib.