04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ” qapıçısını geri qaytardı

11.01.2020

Ağdamın "Qarabağ” klubu heyətinə daha bir futbolçu qatıb.
İcarə müddəti başa çatdığı üçün komandanı tərk edən Asmir Beqoviçin gedişindən sonra Azərbaycan çempionu qapıçılarla bağlı problemini həll edib.
Bosniya və herseqovinalıdan sonra düşərgədə iki qolkiperlə – Vaqner Silva və Şahruddin Məhəmmədliyevlə qalan ağdamlılar Nicat Mehbalıyevi geri qaytarıb. Mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirən gənc qolkiper yenidən "Qarabağ"a qayıdıb. O, artıq komandayla məşqlərdə iştirak edir.