Kanada Süleymaniyə görə izahat istədi 
    
                          
     
                         11.01.2020
 
    
                        Kanada ABŞ-dan Qasım Süleymaninin öldürülməsi ilə bağlı izahat istəyib.
Bu məlumatı CBS televiziyası Kanada Nazirlər Kabinetindəki mənbələrinə istinadən yayıb. Məlumata görə, Kanada Vaşinqtondan öz planları ilə bağlı əvvəlcədən Ottavanı xəbərdar etməsini istəyib.
Qeyd edək ki, Qasım Süleymani yanvarın ilk günlərində ABŞ-ın endirdiyi aviazərbə nəticəsində qətlə yetirilib.