İran təyyarəni raketlə vurub! - XİN 
    
                          
     
                         11.01.2020
 
    
                        Ukrayna təyyarəsinin İranın raketlə vurulması ehtimalı yüksəkdir.
Bu sözləri Niderland Xarici İşlər naziri Stef Blok deyib.
O bildirib ki, İranın sonrakı addımlarıdan asılı olaraq, bu ölkə ilə bağlı müvafiq qərarlar veriləcək.
Qeyd edək ki, bundan öncə ABŞ tərəfi, NATO blokunun rəhbəri Yens Stoltenberq, o cümlədən Ukrayna rəsmiləri də Tehran yaxınlığında 8 yanvarda qəzaya uğrayan Ukraynaya məxsus "Boinq" sərnişin təyyarəsinin raketlə vurulması ehtimallarını istisna etməyiblər.