30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu qurumların avtomobilləri satışda

10.01.2020

Fevralın 11-də avtomobillərin hərracda satışı təşkil ediləcək.
Xəbər verildiyi kimi, "Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətinin iki avtomobili satışa çıxarılacaq.
Qurumun 1996-cı il buraxılışlı "Daewoo Espero” avtomobilinin ilkin qiyməti 1500 manata təklif olunacaq.
Zavodun 2000-ci il buraxılışlı "Daewoo Super Salon” avtomobilinin start qiyməti 2000 manat olacaq.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının balansında olan, 2006-cı il buraxılışlı "Nissan Maxima” avtomobilinin isə ilkin qiyməti 10 min manata təklif ediləcək.
Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.