05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qəzanı çəkməyə getdi özü qəzaya düşdü - FOTO

10.01.2020

Bərdədə baş verən qəzayla bağlı çəkilişə gedərkən İctimai televiziyanın Qarabağ müxbiri - İnformasiya departamentinin böyük redaktoru Şöhrət Eyvazov xidməti maşınla qəzaya uğrayıb.
Modern.az-ın məlumatına görə, 99 MH 817 dövlət nömrə nişanlı "Mersedes” markalı avtomobil "Köhnə bazar” adlanan ərazidə qadağan olunmuş istiqamətdə yüksək sürətlə gələrək İctimai Televiziyanın 10 JU 596 dövlət nömrə nişanlı Tofaş markalı xidməti maşınını vurub.
Avtomobil yararsız hala düşüb. Qəza nəticəsində sol ayaq və qol nahiyəsindən xəsarət alan Şöhrət Eyvazova zəruri tibbi yardım göstərilib.
Hazırda vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma başlanılıb.
İlkin ehtimala görə "Mersedes” markalı maşın azyaşlı uşaq tərəfindən qaçırılıb və VAZ- 2106 markalı daha bir avtomobili də əzib. "Mercedes" markalı avtomobili qaçıraraq qəzanı törətməkdə şübhəli bilinən şəxs Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.