07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski: təyyarənin “Tor”la vurulması ehtimalıdır

09.01.2020


İranda sərnişin təyyarəsinin raket zərbəsi, terror aktı və ya mühərrikdə yaranan nasazlığa görə qəzaya uğraması ehtimalları araşdırılır.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Danilov Prezident Vladimir Zelenskinin təlimatı ilə bir qrup mütəxəssisin qəzanı araşdırmaq üçün Tehrana getdiyini açıqlayıb.

"Sözügedən heyətdə nazirlik və aidiyyəti qurumlardan 45 nümayəndə təmsil olunur”.

O, təyyarənin qəzaya uğramasının müxtəlif ehtimallar üzərində araşdırıldığını vurğulayıb:

"Bunlardan biri təyyarənin bölgədə yerləşdirilən, Rusiya istehsalı olan "Tor” raket sistemləri ilə vurulması ehtimalıdır. Digər bir ehtimal isə təyyarənin içəridən partladılmasıdır. Bura mühərrikdə yaranan nasasızlıq məsələsi də daxildir”.