08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropaya axın azalır

09.01.2020

Avropa İttifaqının "Frontex” sərhəd nəzarəti xidmətinin məlumatına əsasən, 2019-cu ildə Avropaya əvvəlki illərlə müqayisədə daha az miqrant üz tutub.
 Keçən il Yunanıstanın güclü miqrant axını ilə (74 min nəfərlə) üzləşməsinə baxmayaraq, ümumi rəqəm əvvəlki illərdə olduğundan daha azdır.
Ötən il sərhədlərin qeyri-qanuni keçməsi 2018-ci illə müqayisədə 6 faizə, yəni, 139 min nəfərədək azalıb. Bu rəqəm 2015-ci ildəki göstəricidən 7,4 dəfə azdır. 2015-ci ildə 1 milyon 32 min 408 nəfər sərhədləri qeyri-qanuni yollarla keçib.
Miqrantlar əsasən Yunanıstan, Qərbi Balkan və Qərbi Avropa ölkələrinə üz tutublar. Lakin onların bəziləri deportasiya edilib.