25 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Namizədlərin sayı 689 oldu

09.01.2020

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, müraciət edənlərdən 2305 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: "Onlardan 2193 nəfəri imza vərəqələrini artıq götürüb, 1255 nəfər imza vərəqələrini qaytarıb, 689 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.