29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təşviqat aparacaq KİV-lərin siyahısı açıqlandı - yalnız İctimai TV...

09.01.2020

Mərkəzi Seçki Komissiyası ödənişli seçkiqabağı təşviqata qoşulması ilə bağlı məlumat təqdim etmiş KİV-lərin siyahısını açıqlayıb.
Xəbər verildiyi kimi, bu barədə MSK-nın rəsmi saytında məlumat yayımlanıb. Komissiyanın siyahısına uyğun olaraq, 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqata 30 elektron informasiya saytı qoşulub. Həmçinin 9 qəzet də təşviqat kampaniyasına qoşulur. Məlum olduğu ki, televiziya kanallarından yalnız İctimai Televiziya seçkiqabağı təşviqat kampaniyasına dəstək verəcək.
Xatırladaq ki, Seçki Məcəlləsinə uyğun olaraq, təbliğat-təşviqat kampaniyası seçki gününə 23 gün qalmış başlanır, səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.