29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yelena Sidorenko da deputatlığa namizəd oldu

09.01.2020

"Həyatımda yeni tarix yazılır! Rəhmətlik atam 16 yaşım olanda ağır xəstə idi. Hər gün məktəbdən evə qaçıb, onun yeməyini verərdim, ordan da işə qaçardım. Evdə olanda isə universitetə hazırlaşırdım. Atamın bir xahişi var idi: Sidorenko soyadını tanıtdır, layiqli övlad olduğunu sübut et”.
Xəbər verildiyi kimi, bunu vaxtilə ANS və Xəzər televiziyalarında çalışmış, hazırda özəl şirkətlərin birində işləyən, parlament seçkilərində namizədliyi qeydə alınan Yelena Sidorenko bildirib.
Y.Sidorenko atasının ilk xahişini yerinə yetirdiyini deyib:
"İndi də ikincisinin reallaşdırılması üzərində çalışıram. Növbədənkənar parlament seçkilərinə həyat yoldaşımın Eyvazlı soyadı ilə qatılıram, Allaha ümid edirəm ki, yolumu özü açacaq inşallah. İmzatoplama prosesində mənə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm. Məni irəliyə aparan yaxınlarımın və seçicilərimin duaları olacaq. Allah bütün duaları qəbul eləsin, inşallah Vətənizimə xeyirli övlad ola bilək”.