29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİN Bakıda törədilən qətllə bağlı məlumat yaydı

09.01.2020

Daxili İşlər Nazirliyi Suraxanıda törədilən qətllə bağlı məlumat yayıb.
Xəbər verildiyi kimi, yanvarın 8-də saat 21 radələrində Şabran rayon sakini R.İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu Cavid Muxtarova bıçaqla xəsarət yetirib. C.Muxtarov xəstəxanaya aparılarkən yolda ölmüşdür.Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini R.İsmiyev saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.