09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN: Alpinistlərin axtarışları davam edir

11.05.2018

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələr və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.
Hava şəraitinin istiləşməsi və qarın tədricən əriməsi ilə əlaqədar olaraq axtarış tədbirləri intensivləşib.
Axtarış işləri barədə əlavə məlumat veriləcək. "DM"