29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Leyen Consonla görüşüb

09.01.2020

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Böyük Britaniyanın Baş Naziri Boris Consonla görüşüb.
Görüşdə əsas müzakirə mövzusu 2020-ci ilin sonuna qədər hərtərəfli ticarət razılaşması olub.
Komissiyanın rəhbəri Ursula von der Leyen 2020-ci ilin sonuna qədər hərtərəfli ticarət razılaşmasının əldə edilməsinin qeyri-mümkün olduğunu bildirib.
Baş Nazir ilin sonuna qədər razılaşmanın mümkün olacağını və müzakirə müddətinin uzadılmayacağını söyləyib.
Conson dostluq əlaqələrinə, ortaq tarixlərinə, maraqlarına və dəyərlərinə söykənən sərbəst ticarət müqaviləsi istədiklərini vurğulayıb.
O, həmçinin Britaniyanın 31 yanvar tarixindən sonra mümkün qədər tez danışıqlara başlamağa hazır olduğunu qeyd edib. Danışıqların Londondan sonra Brüsseldə davam etməsi planlaşdırılır.
Xatırladaq ki, 31 yanvardan sonra Böyük Britaniya 11 aylıq keçid dövrünə girəcək, bu müddətdə Avropa İttifaqı qaydalarına əməl edəcək, lakin blokun qurumlarında heç bir nümayəndəliyi olmayacaq. Bu müddət 2020-ci il 31 dekabrda sona çatacaq. Yalnız Böyük Britaniya Aİ-dən ayrıldıqdan sonra tərəflər gələcək iqtisadi əlaqələri ilə bağlı danışıqlara başlaya bilər.