04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qripdən 5 nəfər dünyasını dəyişib

09.01.2020

Ukraynada yeni epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyası səbəbindən daha bir ölüm faktı qeydə alınıb.
Ukrayna Səhiyyə Nazirliyinin saytı xəbər verir ki, Ukraynanın Jitomir şəhərində vaksin olunmayan qadın A (H1N1) virusundan xəstəxanaya yerləşdirilib. Xəstə çox gec müraciət etdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
Ukraynada epidemioloji mövsümdə artıq 53 min 527 nəfər xəstəxanaya yerləşdirilib ki, onların da 79 faizi uşaqlardır. Oktyabrın əvvəlindən 227 min 417 nəfər qripə qarşı peyvənd olunub. Səhiyyə Nazirliyi əhalini qripə qarşı vaksin vurdurmağa çağırıb.
Xatırladaq ki, bir həftə öncə Ukraynada qrip virusundan daha bir şəxs dünyasını dəyişib.
Qeyd edək ki, ötən epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator infeksiya səbəbindən 63 nəfər dünyasını dəyişib.