Ticarət mərkəzinin tavanı çöküb,  yaralılar var 
    
                          
     
                         08.01.2020
 
    
                        İstanbulun Beşiktaş rayonunda ticarət mərkəzlərindən birinin tavanı uçub.
"CNN-Türk”ün verdiyi xəbərə görə, asma tavanın çökməsi nəticəsində ticarət mərkəzinin kafesində olanlardan 6 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.