04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Namizədlərin nəzərinə - AÇIQLAMA

08.01.2020

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına təqdim etməlidirlər.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
MSK sədri qeyd edib ki, namizədliyin qeydə alınması üçün sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi müddətinin bitməsinə az vaxt qalıb:
"Bütün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına geri qaytarsınlar. Artıq sənədlərin təqdim edilməsi üçün iki gün vaxt qalıb. Yanvarın 10-u saat 18:00-da imza vərəqələrinin dairə seçki komissiyalarına geri qaytarılması vaxtı bitir. Bundan sonra isə yanvarın 17-dək dairə seçki komissiyaları təqdim edilmiş sənədlərə baxıb namizədliyin qeydə alınması ilə bağlı müvafiq qərarlar qəbul edəcək".