ABŞ-dan gözlənilməz addım:  Bu bazanı tələsik boşaldır 
    
                          
     
                         08.01.2020
 
    
                        ABŞ üç gün ərzində Küveytdəki Arifcan hərbi bazasından öz hərbçilərini çıxarmaq niyyətindədir.
Bunu Küveyt Müdafiə naziri Nasir Əhməd deyib.
"Biz Küveytdəki ABŞ qoşunlarının komandanından məktub almışıq ki, ABŞ öz qoşunlarını Arifcan hərbi bazasından yaxın üç gün ərzində çıxaracaq. ABŞ-ın qərarı bizim üçün gözlənilməzdir. Bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı və Pentaqonla danışıqlar aparırıq”, – deyə o bildirib.
Qeyd edək ki, Arifcan ABŞ üçün regionda vacib logistik məntəqədir.