05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin Zelenski və Ruhaniyə başsağlığı verib

08.01.2020

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski və İran Prezidenti Həsən Ruhaniyə Tehran yaxınlığında Ukrayna sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
"Dövran Media" apa-ya istinadən xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
V. Putin həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Xatırladaq ki, göyərtəsində 170-dən çox sərnişin olan "Boeing 737” tipli təyyarə bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb. Təyyarə qəzasında 82 nəfər İran vətəndaşı, 63 nəfər Kanada vətəndaşı, 11 nəfər Ukrayna vətəndaşı (2 sərnişin və 9 ekipaj üzvü), 10 nəfər İsveç vətəndaşı, 4 nəfər Əfqanıstan vətəndaşı, 3 nəfər Almaniya vətəndaşı və 3 nəfər Böyük Britaniya vətəndaşı həyatını itirib.