Çavuşoğlu İraqa gedir - Təcili 
    
                          
     
                         08.01.2020
 
    
                        Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Cavad Zərif arasında telefon söhbəti olub.
Telefon söhbətində regionda yaşanan vəziyyət müzakirə olunub. M. Çavuşoğlu bu gün Ukraynanın Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanındakı sərnişin təyyarəsində baş verən faciəli qəzada ölənlərlə bağlı başsağlığı verib. 
M. Çavuoğlu bu gün telefonda Ukraynanın xarici işlər naziri Vadim Pristaykona da başsağlığı verib.
Qeyd edək ki, CNN-Türk televiziyası M. Çavuşoğlunun sabah İraqa səfər edəcəyini bildirib. Səfərin məqsədi regiondakı gərginliklə əlaqədar müzakirələr aparmaqdır.