05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid əsgərimiz dəfn olundu - FOTO

08.01.2020

Ötən gün Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu dəfn olunub.
Xəbər verildiyi kimi, dəfn mərasimi Ucar rayonunda doğulduğu Alpı kəndində keçirilir. İzdihamla keçən mərasimdə F.Fərzəliyevin adına dualar oxunub, "Şəhidlər ölməz, vətən bölünməz" şuarları səsləndirilib.
Şəhid adıçəkilən kənddə torpağa tapşırılıb.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin 07 yanvar tarixində saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.