08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən Paşinyana cavab: Qarşılıq verərik

11.05.2018

Ermənistan illərdən bəri Türkiyəyə qarşı düşmən mövqeyindən, ərazi bütövlüyümüzə, sərhədlərimizə qarşı yanlış mövqeyindən əl çəkirsə, yeni bir səhifə açmaq istəyirsə, bunlarla bağlı detalları görüb o şəkildə qarşılıq verərik.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım Nikol Paşinyanın Türkiyə çağırışına cavab olaraq deyib.
"Biz heç kimlə, başda qonşularımız olmaqla münaqişə içində olmağı arzu etmirik. Belə bir yanaşma varsa, bunu təbiətinə uyğun, ölkəmizin mənfəətləri çərçivəsində dəyərləndirərik”, - Yıldırım deyib.
Qeyd edək ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan Türkiyəyə heç bir ilkin şərt qoymadan danışıqlara başlamağa hazır olduğu, Türkiyənin də Azərbaycanla bağlı ilkin şərtindən imtina etməsi barədə çağırış etmişdi.