09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Mağazadan dəyərini hissə-hissə ödəmək şərti ilə mobil telefon..."

16.01.2018

Mağazadan dəyərini hissə-hissə ödəmək şərti ilə mobil telefon almışam. Müqavilədə yazılıb ki, pulu - məbləği tam ödəyənədək telefon mağazaya məxsus olacaq, yalnız tam ödəniş edildikdən sonra mənim mülkiyyətimə keçəcək. Bu şərt qanunidirmi? Belə halda mən telefonu başqa şəxsə sata bilərəm?

Məlahət Eyyübova

Bakı şəhər sakini

Ümumi qaydalarla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 181.1 maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququ alıcıya əşyanın alıcının sahibliyinə verilməsi anından keçir.
Lakin qanunvericilik (Mülki Məcəllə, maddə 606.1) müqavilə tərəflərinə imkan verir ki, bağladıqları alqı-satqı müqaviləsində fərqli qayda nəzərdə tutsunlar. Sizin tərəf olduğunuz müqavilədə də belə bir şərt - mülkiyyət hüququnun saxlanması haqqında qeyd var. Bu o deməkdir ki, siz telefonun qiymətini tam ödəməyənədək, telefon satıcının mülkiyyətində qalmaqda davam edəcək. Bu məntiqlə, eyni zamanda, Mülki Məcəllənin 606.4 maddəsinin tələbi ilə telefon mülkiyyətinizə keçənədək onu sata bilməzsiniz.

Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi