05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Acı bibər mədədəki mikrobları məhv edir

07.01.2020

Ən çox istifadə olunan tərəvəzlərdən biri də acı bibərdir.
Xəbər verildiyi kimi, A, S, B1, B3 vitaminləri ilə zəngin tərəvəzin 100 qramının enerji dəyəri 44 kilokaloridir. Acı bibər suyu uzun müddət davam edən güclü baş ağrıları zamanı faydalıdır. Lakin allergiyası olanlar ondan istifadə zamanı ehtiyatlı davranmalıdırlar. Pəhriz saxlayanlar arasında da "acı pəhriz” məşhurdur.
Kosmetologiyada da istiotdan istifadə edilir. Sellülit əleyhinə olan bir çox kremin tərkibində acı bibər var.
Qırmızı və yaşıl rəngdə olan acı bibərin insan orqanizminə faydaları ilə yanaşı, ziyanı da var. Qastrit, mədə xorası, mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkənlər ondan uzaq olmalıdırlar. Eyni zamanda qaraciyər və böyrək xəstəliklərindən əziyyət çəkənlər də acı bibərdən istifadə etməməlidir.