03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanı dəvə ilə gəzən turist Azərbaycanda - VİDEO

07.01.2020

Dəvə ilə səyahətə çıxan iranlı turist Azərbaycandan keçib.
Xəbər verildiyi kimi, əslən İranın Bəndər-Abbas şəhərindən olan Məhəmməd Əmiri Rudan səkkiz ay əvvəl dünya ölkələrini səyahətə çıxıb.
Turist qət etdiyi yolları velosipedlə deyil, yaşadığı Bəndər Abbas şəhərində az sayda qorunub saxlanılan nadir dəvələri ilə çıxıb. Dəvələrin tibbi və ölkələrə keçidlə bağlı icazə sənədləri də var.
Hazırda Biləsuvarda olan Məhəmməd Əmiri Rudan ölkəmizə daxil olduğu gündən onu səmimiyyətlə qarşılayıb, xidmətində dayanan insanlara heyranlığını gizlətmir. O, "Mən qayıdarkən də Azərbaycandan keçmək istəyərəm”, - deyə bildirib.
Məhəmməd Əmiri Rudan Avropadan başqa Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də qarış-qarış gəzmək fikrindədir.