03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"WhatsApp”la bağlı xəbərdarlıq - “Yeni il virusu” yayılıb

07.01.2020

"WhatsApp” mesencerinin istifadəçiləri "Yeni il virusu” ilə üzləşə bilərlər.
Bu barədə "Gizshina” nəşri xəbər yayıb. Bildirilir ki, bu virusun yayılma üsulu çox sadədir. Belə ki, təbrik ismarıclarına viruslu səhifələrin linkləri bərkidilir. Ora keçmək smartfon, yaxud kompüterin işini təhlükə altına qoyur. Bu isə onların şəxsi məlumatlarının ələ keçməsi ilə nəticələnə bilər.
Arzuolunmaz nəticələrin qarşısının alınması üçün ekspertlər linklərə keçməməyə və belə ismarıcların gəldiyi yad istifadəçiləri bloklamağı tövsiyə edib.
"Yeni il virusu” dostdan gəlibsə, onu bu barədə məlumatlandırmaq məsləhət görülür.