29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kürdili adasının "Robinzon"u vəfat etdi

07.01.2020

Neftçalada yerli sakinlərin "Robinzon Kruzo” ləqəbi verdikləri şəxs - Vitali Pronin dünyasını dəyişib.
Xəbər verildiyi kimi, hadisə axşam saatlarında Kürdili adasında baş verib.
Adada tək-tənha yaşayan Vitali Pronin özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.
Qeyd edək ki, Kürdili ötən əsrin 80-ci illərinə kimi rayonun ən abad kəndlərindən biri olub. Xəzər dənizində suyun səviyyəsi qalxdığından kəndin bir hissəsi su altında qalıb. Bununla da Kürdili adaya çevrilib. Bundan sonra adada yalnız Proninlər ailəsi qalıb. Vitali Pronin də adanın son sakini idi.