29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Od içində yanan Avstraliyaya yağış yağdı - VİDEO

07.01.2020

Avstraliyada uzun müddətdir davam edən yanğınlar bütün dünyanın diqqətindədir.
Nəhayət, bu gündən başlayaraq ölkə ərazisinə yağış yağmağa başlayıb.
"ABC News” agentliyi məlumat verir ki, havanın temperaturu aşağı düşüb və yağış yağıb. Lakin rəsmilər sevinməyin tez olduğunu, "göylərin hədiyyəsi”nin uzunmüddətli olmayacağını proqnozlaşdırırlar.
Xatırladaq ki, oktyabrın ortalarından başlayaraq Avstraliyanın şərq sahillərində meşə yanğınları tüğyan edir. Hazırda Yeni Cənubi Uels və Viktoriya ştatlarının böyük bir hissəsi yanğınla əhatə olunub. Meşə yanğınları nəticəsində 16 nəfərin həlak olduğu, 17 nəfərin itkin düşdüyü bildirilir.