29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karlos Qon ekstradisiya ediləcəkmi?

07.01.2020

Yaponiya hökuməti "Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonun ekstradisiyası üçün bütün diplomatik imkanlardan istifadə etməyə çalışır.
Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa keçirdiyi mətbuat konfransı zamanı bəyan edib.
Xəbər verdiyimiz kimi, K.Qon ötən həftə qeyri-qanuni yolla Yaponiyanı tərk edərək Livana qaçıb.
Y.Suqa qeyd edib ki, K.Qonun Yaponiyanı tərk etməsi ilə bağlı xəbəri televiziyadan eşidərkən onun nitqi tutulub və "Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri ilə əlaqədar yaranmış vəziyyət kəskin təəssüf hissi doğurur. Baş katib əlavə edib ki, K.Qonun qaçışının detallarının müəyyənləşdirilməsi və gələcəkdə bir daha belə halların baş verməməsi üçün hökumət lazım olan bütün tədbirləri görəcək.
Bununla yanaşı, Fransanın İqtisadiyyat naziri Brüno Le Mer yanvarın 6-da yerli radioda çıxışı zamanı bəyan edib ki, onun hökuməti "Renault”-"Nissan” şirkətlər qrupunun Niderlandda yerləşən müəssisəsində 11 milyon avro və ya 12 milyon 300 min dollar dəyərində şübhəli xərclərlə bağlı araşdırma aparmağa hazırdır.
Həmçinin Brüno Le Mer bildirib ki, Yaponiya və Livan hökumətləri həm də Fransa vətəndaşı olan K.Qonun yerini dəqiqləşdirməli və onu məsuliyyətə cəlb etməlidirlər.