09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ay tutulması olacaq

07.01.2020

2020-ci ildə ilk Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək və yarımkölgəli olduğundan adi gözlə görmək çətin olacaq.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.
Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay tutulması Azərbaycanda da müşahidə ediləcək.