04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Amerikanınhərbi bazasında TERROR aktı

06.01.2020

ABŞ-ın Keniyadakı hərbi bazasına terrorçular hücum ediblər. Nəticədə ABŞ-ın 1 hərbi qulluqçusu və Pentaqonun 2 amerikalı nümayəndəsi qətlə yetirilib.
ABŞ Silahlı Qüvvələrinin Afrikadakı komandanlığı xəbər verir ki, bu terror hücumuna görə məsuliyyəti Somalidəki "Hərəkat əş-Şəbab” qruplaşması öz üzərinə götürüb. Qısamüddətli atışma nəticəsində terrorçu qrupun 4 silahlı üzvü də öldürülüb.
ABŞ Silahlı Qüvvələrinin Afrikadakı komandanlığının rəhbəri Stiven Taunsend deyib: "Bu gün həlak olmuş komanda yoldaşlarımızın ruhuna onların ailələri və dostları ilə birlikdə biz də dua edirik”. S.Taunsend bildirib ki, bu hücuma görə məsuliyyət daşıyanlar, amerikalılara və ABŞ-ın mənafeyinə zərər vurmağa çalışanlar törətdikləri cinayətlərə görə cavab verəcəklər.
Terror aktı nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi sıradan çıxarılıb, ABŞ Müdafiə Nazirliyinin 2 əməkdaşı yaralanıb. Komandanlığın bəyanatında qeyd edilir ki, yaralananlar Keniyadan təxliyə edilib, onların vəziyyəti sabitdir.