03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaz limiti - 2200 kubmetr?!

06.01.2020

Son günlər sosial şəbəkələrdə və internet saytlarında təbii qazın illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.
Bu kimi məlumatlar geniş yayıldığından əhali arasında çaşqınlıq yaradıb.
''Azəriqaz'' İstehsalat Birlyinin mətbuat katibi Ceyhun Səfərov məsələ ilə bağlı açıqlamasında bildirib ki, yayılan məlumatlarla bağlı ''Azəriqaz''ın ''104 və 185'' saylı qaynar xəttinə də paytaxtdan və regionlardan xeyli abonent müraciət edib. Onun dediyinə görə, yayılan məlumatlar əsassızdır.
Yalnız illik istehlak həcimi 2200 kubmetri keçən abonentlər limitdən artıq hissənin ödənişini 20 qəpikdən etməlidirlər.
2019-cu il ərzində Azərbaycanda 85% qaz istifadə edən abonent 2200 kubmetri keçməyib. Yəni onların qaz istifadəsi hər kubmetrə görə 10 qəpikdən hesablanıb.
''Azəriqaz'' İstehsalat Birlyi insanlara belə yalan məlumatlara inanmamağı və diqqətli olmağı tövsiyə edir.
Qeyd edək ki, ötən ilin aprelin 30-da Tarif Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.
Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.