03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada qripdən ölən var

05.01.2020

Ukraynada yeni epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyası səbəbindən ilk ölüm faktı qeydə alınıb.
Ukrayna Səhiyyə Nazirliyinin saytı xəbər verir ki, dekabrın 20-də A qrip virusu ilə xəstəxanaya yerləşdirilən kişinin həyatını xilas etmək mümkün olmayıb.
Ukraynada epidemioloji mövsümdə artıq 53 min 527 nəfər xəstəxanaya yerləşdirilib ki, onların da 79 faizi uşaqlardır. Oktyabrın əvvəlindən 227 min 417 nəfər qripə qarşı peyvənd olunub. Səhiyyə Nazirliyi əhalini qripə qarşı vaksin vurdurmağa çağırıb.
Qeyd edək ki, ötən epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator infeksiya səbəbindən 63 nəfər dünyasını dəyişib.