09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrail Rusiya istehsalı olan “Pansır”ı VURDU +VİDEO

11.05.2018

Suriya ordusuna məxsus "Pansir C1” zenit raket top kompleksinin (ZRTK) İsrailin "Spike NLOS” raketi ilə vurulduğu anın görüntüsü yayılıb.
"Dövran Media" bildirir ki, video raketin üzərində olan müşahidə kamerası ilə çəkilib.
Kadrlarda üç nəfərdən ibarət dəstənin ZRTK-nin yaxınlığında durduğunu görmək olur. Raket kompleksə ən yaxın məsafəyə qədər yaxınlaşdıqdan sonra təsvir itir.
Zərbədə əsas hədəf "Pansir-C1” sistemi olub.
Bu Suriyada İsrailin zərbəsi nəticəsində Əsəd ordusunun hərbi texnika itirməsini təsdiq edən ilk video materialdır.
Xatırladaq ki, mayın 10-da İsrail hərbçiləri Suriya ərazisində olan İrana aid hərbi obyektlərə hücum edib. İsrail ordusu bununla Holan yüksəkliklərindəki mövqelərinə yaylım atəşi sistemi ilə endirilən zərbələrə cavab verdiyini bildirib.