Süleymaninin yerinə İsmayıl Kaan təyin olunub 
    
                          
     
                         03.01.2020
 
    
                        İsmayıl Kaani İran İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah”) "Quds” qanadının komandanı vəzifəsinə təyin olunub. Bu barədə "Fars” agentliyi xəbər verib.
Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah”) "Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib.