02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava yağıntılı olacaq

03.01.2020

Azərbaycanda yanvarın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 7-9° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında gün ərzində arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3-7° isti olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 0-4° isti olacağı bildirilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5°, gündüz 6-8° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.