04 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlılar arasında dava - Almaniyada

30.12.2019

Almaniyanın Bavariya əyalətində yerləşən deportasiya mərkəzində azərbaycanlılar arasında baş verən davada bir nəfər xəsarət alıb.
Bu barədə Report-a Almaniyanın Federal Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 29-da saat 19:50 radələrində sığınacaq axtaranların deportasiyası üçün nəzərdə tutulan Deggendorfdakı qaçqın düşərgəsində 35 və 20 yaşlı azərbaycanlı arasında mübahisə yaranıb. 35 yaşlı azərbaycanlı qonşu otağa gedərək 20 yaşlı həmvətənini döyüb. Nəticədə sonuncu göz nahiyəsindən xəsarət alıb. Davaya daha iki azərbaycanlı da qoşulub. Hadisə yerinə gələn polis əməkdaşları onları saxlayıb. Xəsarət alan şəxs Deggendorfdakı hospitala aparılıb.
Xəstəxanadan "Report”a bildirilib ki, yaralı azərbaycanlıya ilkin tibbi yardım göstərildikdən sonra təzədən düşərgəyə qaytarılıb.
Deggendorf şəhər polisindən isə vurğulanıb ki, saxlanılan şəxslərin ilkin ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.