“Azərenerji” gücləndirilmiş   iş rejiminə keçir 
    
                          
     
                         30.12.2019
 
    
                        					Bayram günləri ilə əlaqədar olaraq "Azərenerji” ASC gücləndirilmiş iş qrafikində çalışacaq.
Xəbər verildiyi kimi, bayram günlərində enerji sistemin dayanıqlığı üçün qabaqlayıcı tədbirlər görülüb.
Belə ki, enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədi ilə mərkəzi aparat üzrə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil edilib, eyni zamanda elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib.
Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işini, o cümlədən mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib.