Ağdaşda 10 metrlik yolka kül oldu   - VİDEO 
    
                          
     
                         30.12.2019
 
    
                        Ağdaşda Yeni il bayramı üçün quraşdırılan10 metrlik süni şam ağacı yanıb.
Xəbər verildiyi kimi, hadisə ötən axşam saat 19 radələrində rayon mərkəzində qeydə alınıb. Yeni il üçün quraşdırılan 10 metrlik şam ağacı yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunublar və digər ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən təstiqlənib və yanğının səbəbləri araşdırılır.