28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir müavininə yüksək vəzifə verildi

30.12.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktoru vəzifəsinə təyin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ficinin paytaxtı Suva şəhərində yerləşən BƏT-in Sakit Okean hövzəsi ölkələri üzrə Ofisi regiondakı 22 ölkədə layiqli əməyin təşviqinə, hökumətlər, həmkarlar təşkilatları və sahibkarlar təşkilatları ilə tərəfdaşlığın inkişaf etdirilməsinə, məşğulluq və sosial müdafiə sahələrinə aid olan BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına, eləcə də regionda BƏT-in mandatından irəli gələn digər məsələlərə məsuldur.
2020-ci ilin yanvar ayının sonunda yeni vəzifəsində fəaliyyətə başlayacaq Mətin Kərimli BƏT sistemində belə yüksək vəzifədə işləyəcək ilk Azərbaycan vətəndaşı olacaq.
Xatırladaq ki, Mətin Kərimli 2014-cü ilin fevral ayından Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışırdı.